BAKI, 27 yanvar - Sputnik. Çin və ABŞ bərabərhüquqlu münasibətləri qorumalı və iqtisadi və təhlükəsizlik məsələlərini bir-birindən ayıraraq qarşılıqlı fikir ayrılıqlarını həll etməyə çalışmalıdır. Bunu Banqkokda ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivanla görüşündə Çinin xarici işlər naziri Van İ deyib.
XİN rəhbəri bildirib ki, Çin və ABŞ bərabərhüquqlu kimi qarşılıqlı fəaliyyət göstərməli, bir-biri ilə aşağı danışmamalı və fikir ayrılıqlarına diqqət yetirməkdənsə, onları nəzərə alaraq ortaq dil axtarmalıdır.
"Bir-birinin əsas maraqlarına hörmət etmək, onlara xələl gətirməmək lazımdır” - Van İ deyib.
Çinin xarici işlər naziri Van İ
© AFP 2024 / KOK KY
Qeyd olunur ki, Xarici İşlər Nazirliyinin rəhbəri və Sullivan görüşdə “milli təhlükəsizlik və iqtisadi fəaliyyət sahəsində problemlərin fərqinə dair məsələlərin müzakirəsini davam etdirməyə” hazır olduqlarını ifadə ediblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.