HADİSƏ

Xəzərdə sərnişin gəmisinə su dolub, 32 nəfər təxliyə edilib

Gəmidə baş verən hadisənin səbəbləri dəqiqləşdikdən sonra daha ətraflı məlumat veriləcək.
Sputnik
BAKI, 26 yanvar - Sputnik. Bu gün saat 21.00 radələrində sahildən 30 km aralı Xəzər dənizinin Bulla rayonu ərazisində "PS 173" sərnişin gəmisində heyət gəminin burun hissəsinə su dolduğunu görüb.
Dərhal təhlükəsizlik tədbirlərinin görülməsi üçün ASCO-nun dispetçer xidmətinə məlumat verilib.
Yaxınlıqda olan "Qobustan", "Qız Qalası" sərnişin gəmiləri hadisə yerinə gəlib. Heyət üzvləri və sərnişinlər bu gəmilərə təxliyə ediliblər.
Hazırda 7 nəfər gəmi heyəti və 25 sərnişinin həyatı üçün hər hansı bir təhlükə yoxdur.
"PS 173" gəmisi isə hadisə ərazisinə gələn " Caspian Spirit" gəmisi vasitəsilə yedəyə alınaraq sahilə doğru istiqamət götürüb.
Gəmidə baş verən hadisənin səbəbləri dəqiqləşdikdən sonra daha ətraflı məlumat veriləcək.