DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Trampın mövqeyi ABŞ hakimiyyətinin Ukraynaya 60 milyard dollar ayırmasına mane olur

Tramp yenidən prezident olmaq, Ukraynadakı münaqişəyə son qoymaq, həmçinin Amerika sərhədinin təhlükəsizliyini təmin etmək niyyətindədir.
Sputnik
BAKI, 26 yanvar — Sputnik. ABŞ-ın Demokratik və Respublikaçı partiyalarının nümayəndələri Ukraynaya 60 milyard dollar ayırmaq barədə az qala razılığa gəliblər. Bununla belə, Amerikanın keçmiş lideri Donald Tramp vəziyyətə müdaxilə edib - onun fikri qərarı dəyişdirə bilər.
"The Washington Post" bu barədə yazıb.
Senatda azlıqların lideri Mitç Makkonnellin sözlərinə görə, respublikaçılar sazişi imzalamağa hazır idilər. Onlar yardımı Amerika sərhədlərini qorumaq üçün əlavə vəsaitlərə bağlamağa "könülsüz" olaraq razılaşıblar.
Tramp məsələyə müdaxilə edib. O, sənədi və partiya üzvlərinin hərəkətlərini tənqid edib. Bundan sonra bir sıra respublikaçılar razılıqlarını geri götürüblər. Bu, sənədə yenidən baxılacağı deməkdir.
Keçmiş lider qeyd edib ki, Senatın sərhəd təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı tədbirləri mənasızdır. Ona görə də onları Kiyev rejiminə böyük dəstəyə dəyişməyə dəyməz.
Daha əvvəl bildirilmişdi ki, Trampın özü də öz mövqeyinə arxayındır. O, yenidən prezident olmaq, Ukraynadakı münaqişəyə son qoymaq, həmçinin Amerika sərhədinin təhlükəsizliyini təmin etmək niyyətindədir.