BAKI, 26 yanvar — Sputnik. Rusiya İkinci Dünya Müharibəsi zamanı nasizm üzərində qələbənin nəyin bahasına başa gəldiyini və bu müharibənin nə qədər kədər gətirdiyini həmişə xatırlayacaq.
Bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
Rusiyanın dövlət başçısı dəfələrlə vurğulayıb ki, RF o illərdə baş vermiş hadisələrlə bağlı həqiqəti müdafiə etməyə davam edəcək və SSRİ-nin nasizm üzərində qələbəyə verdiyi töhfəni yenidən nəzərdən keçirmək üçün istənilən cəhdlərə müqavimət göstərəcək.
Onun sözlərinə görə, tarixi dəyişmək, nasist rejiminin və onun əlaltılarının cinayətlərinə haqq qazandırmaq cəhdləri milyonlarla insan üçün faciəvi nəticələrinə səbəb olacaq.