RUSİYA

Kiyevin Rusiyaya ərazi iddiaları gülüncdür - Zaxarova

Zaxarova xatırladıb ki, 2024-cü ilə qədər Ukrayna prezidentinin administrasiyası rusiyalı ukraynalıları həmvətən kimi tanımırdı.
Sputnik
BAKI, 26 yanvar — Sputnik. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ukrayna prezidenti Vladimir Zelenskinin tarixən ukraynalıların məskunlaşdığı qondarma əraizlərlə bağlı qəbul etdiyi fərman çərçivəsində Kiyevin ərazi iddialarını gülünc adlandırıb.
Bu mövzunu şərh edən Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi müvafiq fərmanın qalmaqallı və təxribatçı adlandırıldığını xatırladıb.
"Mənim fikrimcə, o, sadəcə olaraq dəlidir. Nəhayət, tarixi çılğınlığa düşmüş kimi görünən Kiyev rejimi, əslində, açıq şəkildə Krasnodar diyarının əhəmiyyətli hissəsinə - Belqorod, Bryansk, Voronej, Kursk və Rostov vilayətlərinə iddialarını bəyan edib", Zaxarova qeyd edib.
Zaxarova xatırladıb ki, 2024-cü ilə qədər Ukrayna prezidentinin administrasiyası rusiyalı ukraynalıları həmvətən kimi tanımırdı, lakin indi Rusiyanın onların mülki, mədəni və dini hüquqlarını təmin etmək üçün beynəlxalq öhdəliklərə əməl edilməsinin zərurətini kinli şəkildə bəyan edir.