DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Birmingemdə bulağın suyunun rəngi "qan qırmızısı"na boyanıb - şəhər rəsmiləri narahatdır

Birmingem Şəhər Şurası həmin gündən başlayaraq qeyri-adi fenomenlə bağlı araşdırmaya başlayıb.
Sputnik
BAKI, 26 yanvar — Sputnik. Britaniyanın Birmingem şəhərində yerləşən Perri-Kommon-Medouz bulağında suyun rəngi qan qırmızıya çevrilib.
"Daily Mail" jurnalistləri hadisənin səbəbləri barədə fərziyyələr irəli sürüblər.
Görüntünü yanvarın 24-də yerli sakin kəşf edib. Bəziləri suyun rənginin qəfil dəyişməsinin dünyanın sonu olduğunu bildirir.
Məqalədə deyilir: "Birmingem Şəhər Şurası həmin gündən başlayaraq qeyri-adi fenomenlə bağlı araşdırmaya başlayıb".
Hazırda araşdırmanın nəticəsi açıqlanmayıb. İnternet istifadəçiləri isə sosial şəbəkələrdə qorxulu şəkillər paylaşmağa davam edirlər.
Bundan əvvəl Britaniya Birmingeminin müflis olduğunu elan etdiyi bildirilirdi. Şəhər Şurası büdcəni tarazlaya bilmədiyini və ən vacib xərclərdən başqa hamısını azaltmağa məcbur olduğunu söyləmişdi.