BAKI, 26 yanvar — Sputnik. ABŞ Prezidenti Co Bayden çıxışı zamanı səhv danışaraq, keçmiş Amerika lideri Donald Trampı özünün professoru adlandırıb.
Bayden bunu öz administrasiyasının iqtisadi tədbirlərinə həsr olunmuş nitq zamanı edib.
"Professorum - mən öz professorum haqqında danışmayacağam. Dinləyin - sələfim başqa bir kurs seçib: iqtisadiyyatın tükənməsi, çox varlı və iri korporasiyalar üçün vergilərin azaldılması, büdcə kəsirinin əhəmiyyətli dərəcədə artması" – o, bildirib.
Bundan əlavə, ABŞ prezidenti çıxışı zamanı "pandemiya" və "resessiya" sözlərini qarışdırıb.
Bundan əvvəl ABŞ prezidentinin çıxışı zamanı özünü Kanadanın baş naziri Castin Trüdo ilə səhv saldığı bildirilib. O, həmkarına "Jo" deyə müraciət edərək səhv danışmışdı.