BAKI, 26 yanvar — Sputnik. Bakı şəhəri T.İsmayılov adına 6 nömrəli məktəb-liseydə zorakılıq hadisəsinin baş verməsi ilə bağlı mediada yayılan məlumat dərhal Ombudsman Aparatı tərəfindən nəzarətə götürülüb.
Bu barədə Ombudsman Aparatı məlumat yayıb. Bildirilib ki, sözügedən məsələ ilə bağlı Ombudsman Aparatına daxil olmuş müraciətlə əlaqədar aidiyyəti səlahiyyətli dövlət qurumlarına sorğular göndərilib, məktəbin direktoru ilə əlaqə saxlanılıb.
"Hazırda araşdırma davam etdirilir. Nəticəsi barədə müraciət müəllifinə əlavə məlumat veriləcək", - deyə cavabda qeyd edilib.
Xatırladaq ki, bir müddət əvvəl Bakı şəhəri 6 nömrəli məktəb-liseydə II sinif şagirdinin VII sinif şagirdləri tərəfindən zorakılığa məruz qalması ilə bağlı məlumat yayılıb. Bu barədə səsləndirilən iddialar çərçivəsində aparılan araşdırmalardan sonra məktəb rəhbərliyinə xəbərdarlıq edilib. Həmçinin VII sinif şagirdlərindən birinin başqa məktəbə keçirilməsi ilə bağlı qərar qəbul edilib.
24.01.24, 18:01
Agentliyin direktoru seksual qalmaqal olan məktəbə getdi
"Bakı şəhəri 6 nömrəli məktəb-liseydə II sinif şagirdinin zorakılığa məruz qalması ilə bağlı səsləndirilən iddialar çərçivəsində aparılan araşdırmalardan sonra məktəb rəhbərliyinə xəbərdarlıq edilib". Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Mehriban Vəliyeva mətbuata açıqlamasında deyib.
Agentlik rəsmisi bildirib ki, məktəbdə nəzarətin təşkili məsələsinə məsul olan pedaqoji heyətin bir hissəsi barədə isə intizam tənbeh tədbiri görülüb.
Şagirdlərdən biri başqa məktəbə köçürülüb
Direktor müavininin sözlərinə görə, 6 nömrəli məktəb-liseydə II sinif şagirdinin bir neçə VII sinif şagirdi tərəfindən cinsi istismara məruz qaldığı iddia edilən hadisə ilə bağlı pedaqoji şuranın iclası keçirilib.
M.Vəliyeva söyləyib ki, VII sinif şagirdlərindən birinin başqa məktəbə keçirilməsi ilə bağlı qərar qəbul edilib:
"Digər uşaqlarla bağlı da addımlar atılacaq. Həmçinin II sinif şagirdinin valideyninə də bu istiqamətdə təklif edilib".
Məktəb-liseyin direktoru Gülşən Orucova isə mətbuata açıqlamasında deyib ki, sözügedən məsələ ilə bağlı yanvarın 10-da onlara müraciət daxil olub və şikayətçi valideynə, yaxınlarına kamera görüntülərini izləmək üçün şərait yaradılıb.
"İddia edilirdi ki, hadisə yaxın günlərdə baş vermiş ola bilər. Biz hətta onlara dekabrın 4-dən bəri qeydə alınan bütün görüntülərə baxmaları üçün imkan yaratmışıq. Müraciət daxil olduqdan sonra bununla əlaqədar biz Səbail rayon Polis İdarəsinə rəsmi şəkildə müraciət etdik. Müraciətdən sonra oradan nümayəndə məktəbə gəldi və şagirdlərlə söhbət aparıldı. Prosesə psixoloq da cəlb olunub və onun iştirakı ilə da şagirdlərlə profilaktik söhbət aparılıb".
Şagirdlərin telefonunda qeyri-etik videolar aşkarlanıb
Direktor qeyd edib ki, aparılan araşdırma zamanı sadəcə VII sinif şagirdlərinin telefonlarında onların yaş həddinə uyğun olmayan qeyri-etik videolar aşkarlanıb:
"Yəqin ki, həmin şagirdlər videonu öz aralarında bölüşüblər. Mən həmin gündən etibarən valideyn qruplarında aparılan yazışmalardan sonra valideynlərlə də ayrılıqda görüşdüm. Onlara bütün məlumatları verdik".
Direktor qeyd edib ki, hadisə ilə əlaqədar Elm və Təhsil Nazirliyinə, Məktəbəqədər və Ümumi Təhsil üzrə Təhsil Agentliyinə də dərhal məlumat verilib, qurum rəsmiləri məktəbə gələrək vəziyyətlə tanış olublar:
"Zorakılıq faktı qətiyyən aşkarlanmayıb. Lakin sözügedən VII sinif şagirdlərinin təhlükəsizliyinin təmin olunması üçün valideynlərinə onların məktəblərinin dəyişdirilməsi tövsiyə edilib. Ötən gün şagirdlərin başqa məktəbə yerdəyişmə edildiyi barədə məlumat yayılıb. Lakin yerdəyişmə mərkəzləşmiş sistem üzərindən aparılır. Bu gün biz sistemə baxmışıq, şagird yerdəyişməsi edilməyib. Sadəcə olaraq, mən açıqlama verəndə də onların məktəbdən çıxarılmadığı, sadəcə cümə günü məktəbdə olmadığını qeyd etmişdim. Təəssüf ki, bu barədə məlumat da təhrif olunmuş formada yayımlanıb".
Tualetlərin girişində kameraların sayı artırılıb
Gülşən Orucova, həmçinin bildirib ki, hadisə ilə əlaqədar məktəbdə mühafizə sistemi gücləndirilib, müəllimlərin mərtəbələrdə növbətçiliyi artırılıb, psixoloqların işi gücləndirilib, bütün mərtəbələrdə, siniflərdə, hətta tualetlərin girişində kameraların sayı artırılıb:
"Övladının istismara məruz qaldığını iddia edən valideyn digər şagirdlərin məktəbdən uzaqlaşdırılmasını tələb edib. Lakin fakt öz təsdiqini tapmırsa, həmin şagirdlərin uzaqlaşdırııması barədə qərar qəbul edə bilmərik. Bu gün pedoqoji iclas da keçiriləcək. VII sinif şagirdlərinin valideynləri ilə bir daha söhbət aparılacaq".
İstismara məruz qaldığı deyilən şagirdin valideyni övladını məktəbdən çıxarmaq istəyir
Direktorun sözlərinə görə, istismara məruz qaldığı deyilən şagird məktəbdə təhsilini davam etdirir:
"Lakin valideyni onun məktəbinin dəyişdirilməsini istəyir. Uşağın psixoloji vəziyyəti də qaydasındadır, pozitiv vəziyyətdə olan şagirddir. Məktəblərdə şagirdlərə smart telefonlar qadağan olunub. 4 ildir biz bunlarla mübarizə aparırıq. Dərslər başlayanda mobil telefonlar yığılır və dərsdən sonra özlərinə paylanılır. Uşağa smartfon telefon ehtiyac deyil. Əlaqə saxlamaları üçün adi telefon da yetərlidir. Biz valideynlərə tövsiyə edirik ki, bu qaydalara riayət etsinlər".
6 nömrəli məktəbdə nə baş verib?
Qeyd edək ki, Bakı şəhər 6 nömrəli məktəb-liseyin II sinif şagirdinin həmin məktəbin VII sinif şagirdləri tərəfindən cinsi seksual hərəkətlərə təhrik edildiyi bildirilir. Belə ki, tribunainfo.az saytına müraciət edən Bakı şəhər sakini Əliyeva Nuridə Adnan qızı (ad,soyad şərtidi) bildirib ki, şəhər 6 nömrəli məktəbin II sinif şagirdi S. Əliyev(ad, soyad şərtidi) həmin məktəbin 7- ci sinif şagirdləri tərəfindən dəfələrlə cinsi seksual hərəkətlərə təhrik edilib.
Şikayətçinin iddiası:
"Yanvar ayının 9-da övladım S. Əliyev ürək bulantısı, qusma və digər qəribə hərəkətləri ilə diqqətimizi çəkdi. Tualetə saatlarla getmək istəmir, aqressivdir, özünü ora bura çırpır. Uşaqla sakit söhbət etməyə başladım, sənə nə olub, sən niyə neçə vaxtdı bu durumdasan, səni kimi qorxudub? – deyə soruşdum. Demək, hadisə tualetdə baş verdiyinə görə uşağın da qorxusu məhz tualetdən olub. Biz valideyinlər sabahı 6 nömrəli məktəbə yollandıq və orada azyaşlılara baxan tədris hissəsinin müdiri ilə görüşdük. Belə qərara gəldik ki, sinifləri gəzək, bu hərəkəti edən uşaqları müəyyənləşdirək. 2-3 mərtəbə gəzəndən sonra həmin 4 nəfəri zərərçəkən uşaq tanıdı. Sinifə girən kimi həmin uşaqları tanıdı (o kadrlar bizdə var). Uşaq göstərdi ki, "bu uşaqların biri əllərimi tuturdu, digəri seksual hərkətlər edirdi və başqa birisi də telefonla çəkirdi". Təxminən 1 ay öncə də uşağın bədənində çoxlu sayda göyərtilər var idi. O vaxt uşaqdan soruşanda deyirdi ora-bura vurmuşam. Sən demə uşağı qorxudublar ki, "bu hadisəni kiməsə desən məktəbdə bu videonu yayacağıq. Mən blogerəm, izləyicim çoxdur". Uşaq da qorxusundan bunu bizdən gizlədibmiş. Daha sonra məktəbin psixoloqu bu uşaqları danışdırdı və uşaqlar boynuna aldılar ki, "biz bu hərəkəti etmişik". Sonra həmin uşaqlardan telefonu istədilər onlar isə vermədi, dedilər ki, parolunu bilmirəm və siz mənim telefonuma baxa bilməzsiniz".

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.