CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tarixdə bu gün: 25 yanvar - FOTO

Təqvimin bu günü dünyada və ölkədə dünyaya gəlmiş insanlar və baş vermiş hadisələr barədə Sputnik Azərbaycan-ın icmalında.
Sputnik
BAKI, 25 yanvar — Sputnik. Yanvarın 25-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar, siyasətçilər dünyaya gəlib. Bu gündə tarixə düşən hadisələr də baş verib.
Yanvarın 25-də kimlər anadan olub?
Hacı Zeynalabdin Tağıyev (1838-1924) - azərbaycanlı sənayeçisi, milyonçu və mesenatdır. O, Bakıda müsəlman Şərqində ilk qızlar məktəbini və Yanğından Mühafizə xidmətini təsis edib. Hacı Zeynalabdin Tağıyev teatr, birja, dəmir yolunu inşa edib və su xətti çəkdirib. Milyonçu istedadlı gənclərin xaricdə təhsilini maliyyələşdirib və sənətçilərin çıxışlarına sponsorluq edib.
Vladimir Vısotski
Eysebio da Silva Ferreyra (1942-2014) - Mozambik əsilli portuqaliyalı futbolçu və hücumçudur. O, Afrikadan gələn ilk böyük futbolçudur. Ferreyra Lissabonun "Benfika" klubunda və Portuqaliya milli futbol komandasında çıxış edib. 1965-ci ildə Eysebio "Qızıl top" mükafatına layiq görülüb.
Eysebio da Silva Ferreyra
25 yanvarda dünyada baş verən tarixi hadisələr
1755-ci ildə erkən xristian şəhidi Tatyana günündə Rusiya İmperatriçası Yelizaveta Petrovna "Moskva Universitetinin yaradılması haqqında" fərman imzalaylb. Buna görə də Tatyana günü bu universitetin yaranma tarixi kimi qeyd olunur. 2005-ci ildən bəri bu gün Rusiya Federasiyasında rəsmi olaraq Rusiya Tələbələri Günü kimi qeyd olunur.
1915-ci ildə amerikalı ixtiraçı Alexander Bell Nyu York və San Fransisko arasında ilk telefon əlaqəsini həyata keçirib.
Emmi mükafatı, arxiv
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.