RUSİYA

Rusiya və Ukrayna əsirləri mübadilə edəcək? - Peskovdan açıqlama

Yanvarın 24-də Ukrayna Silahlı Qüvvələri Belqorod vilayəti ərazisi üzərində ukraynalı əsirləri daşıyan Rusiyaya məxsus İl-76 hərbi-nəqliyyat təyyarəsini vurub.
Sputnik
BAKI, 25 yanvar — Sputnik. Rusiya və Ukrayna arasında əsirlərin mübadiləsinin gələcək perspektivləri barədə hələlik heç nə demək olmaz. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
Rusiyanın İl-76 hərbi-nəqliyyat təyyarəsinin Ukrayna Silahlı Qüvvələri (USQ) tərəfindən vurulmasının nəticələrindən danışan Peskov vurğulayıb ki, bunun əsirlərin mübadiləsi prosesinə necə təsir edəcəyini heç kim deyə bilməz: "Ancaq bir daha təkrar edirəm, bu, mütləq sakit şəkildə baş tutmalı olan bir prosesdir" - o əlavə edib.
Yanvarın 24-də Ukrayna Silahlı Qüvvələri Belqorod vilayəti ərazisi üzərində ukraynalı əsirləri daşıyan Rusiyaya məxsus İl-76 hərbi-nəqliyyat təyyarəsini vurub. Təyyarədə 74 nəfər, o cümlədən 65 Ukrayna əsgəri olub və onların hamısı həlak olub.
Rusiya Müdafiə Nazirliyi hadisəni terror hücumu adlandırıb və Kiyevin Kolotilovka keçid məntəqəsində baş tutmalı olan əsirlərin mübadiləsi üçün daşınmasından xəbəri olduğunu və Moskvanı Ukrayna hərbçilərini məhv etməkdə ittiham etmək üçün təyyarəyə hücum etdiyini vurğulayıb.