BAKI, 25 yanvar — Sputnik. Qərb ölkələrinin nümayəndələrinin Rusiyanın guya NATO-ya "hücum" planları ilə bağlı bəyanatları konkret məqsədlə edilir.
Bu barədə Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin "RİA Novosti" ilə söhbətində danışıb.
Onun sözlərinə görə, Qərb bu yolla Rusiyaya qarşı informasiya müharibəsi aparır. O, ölkəni dünya ictimaiyyətinə xoşagəlməz bir şəkildə təqdim etməyə çalışır.
"İnformasiya müharibəsi istənilən halda Qərbin Rusiyaya qarşı mövcud hibrid təcavüzünə haqq qazandırmaq üçündür" – Narışkin qeyd edib.
Daha əvvəl Ukraynanın informasiya müharibəsində Rusiyaya uduzduğu bildirilirdi. İnsanların televiziya təbliğatına inamı azalıb və onlar daha çox arasında rusiyalıların üstünlük təşkil etdiyi "Telegram" kanallarının məlumatlarına inanırlar.