RUSİYA

Lavrov: Rusiya ilə ABŞ arasında praktiki olaraq heç bir münasibət yoxdur

Lavrov, həmçinin xatırladıb ki, dövlətlər arasında diplomatların qarşılıqlı qovulması hələ Barak Obamanın ABŞ prezidenti olduğu vaxtlarda başlayıb.
Sputnik
BAKI, 25 yanvar — Sputnik. Amerika Birləşmiş Ştatları ilə Rusiya arasında praktiki olaraq heç bir münasibət yoxdur. Təmaslar çox aşağı səviyyədədir.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov bildirib.
"Səviyyə aşağıdır, diplomatik nümayəndəliklərimizin və onların Rusiya Federasiyasındakı diplomatlarının fəaliyyət şərtlərini müzakirə etməkdən başqa, praktiki olaraq heç bir əlaqə yoxdur" - o, mətbuat konfransında deyib.
Lavrovun sözlərinə görə, bu gün tərəflər arasında "yorucu söhbət" gedir.
"Təkliflər əvvəlcə bir istiqamətə, sonra isə digər istiqamətə daxil olur" - nazir qeyd edib.
Lavrov, həmçinin xatırladıb ki, dövlətlər arasında diplomatların qarşılıqlı qovulması hələ Barak Obamanın ABŞ prezidenti olduğu vaxtlarda başlayıb.
Daha əvvəl Sergey Lavrov şübhə edirdi ki, Donald Tramp ABŞ prezidenti seçilərsə, Vaşinqtonun Ukrayna ətrafındakı vəziyyətlə bağlı siyasəti dəyişəcək. Nazir vurğulayıb ki, Rusiya-ABŞ münasibətlərinin və onların əsaslarının məhv edilməsi tendensiyası var.