BAKI, 25 yanvar — Sputnik. Ukrayna hakimiyyəti Rusiya ilə münaqişədə əvvəldən uduzub.
Bu fikir fransalı iqtisadçı Filip Erlenə məxsusdur.
Erlenin sözlərinə görə, Ukrayna prezidenti Vladimir Zelenski hələ 2022-ci ildə sülh danışıqları aparmalı idi. Onun başqa seçimi yox idi.
"Bizi Ukrayna maraqlandırmır! Kiyev lap əvvəldən uduzub", – Erlen özünün X* (keçmiş Twitter) sosial şəbəkədəki səhifəsində yazıb.
Əvvəllər bildirilirdi ki, Ukrayna və onun Qərb müttəfiqlərinin öz ərazilərində silahlı münaqişənin qarşısını almaq üçün dörd imkanları olub, lakin bunu etməyiblər. Bütün bu imkanlar son on ildə əldən verilib.