VİDEO

Bakıda velosiped zolaqlarının müsbət və mənfi cəhətləri

İki düşərgə var - velosipedçilər və sürücülər. Onların cavab tapa bilmədikləri çoxlu suallar var. Təfərrüatları videomuzda izləyə bilərsiniz.
Sputnik
Sürücülər avtomobillərini səki kənarlarında saxlayırlar, piyadalar isə yolu istədikləri yerdən keçə biləcəklərini düşünürlər. Bunlardan başqa hələ velosipedçilər də var... Etiraf etmək lazımdır ki, Bakının infrastrukturu velosiped sürmək üçün o qədər də əlverişli deyil, ancaq bizə yenə də aktiv şəkildə velosiped sürməyi təbliğ edirlər. İdman, əlbəttə ki, əladır. Bəs vətəndaşların və sürücülərin bu təşəbbüsə münasibəti necədir?
Sputnik-in əməkdaşları həm vəziyyəti, xüsusən də sürücülərin paytaxtın mərkəzində yeni velosiped yollarına münasibətinin necə olduğunu öyrənib, həm də velosipedçilərlə söhbət ediblər.