BAKI, 25 yanvar — Sputnik. Azərbaycanda seçkilər regionda yeni siyasi nizamın əsasına çevriləcək. Bu il geosiyasi gündəmin yenilənməsi baxımından əlamətdar olacaq. Bunu Sputnik Azərbaycan-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.
Ekspertin fikrincə, bu il dünya elitası çətin dövrlər yaşayan qlobal iqtisadiyyatın və siyasətin inkişaf perspektivlərinə münasibətini müəyyən edəcək.
"Regionumuza gəlincə, Azərbaycanda seçkilər yaxın illərdə formalaşacaq yeni siyasi düzən və yeni regional təhlükəsizlik sistemi üçün əsasdır" - politoloq bildirib.
Ətraflı məlumat üçün videoya baxın.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.