DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Astana formatında keçirilən beynəlxalq görüşün yekunlarına dair birgə bəyanat açıqlandı

Bəyanatda həmçinin qeyd olunub ki, Rusiya Federasiyası, İran və Türkiyə Astana formatının təminatçılarının dördtərəfli format çərçivəsində bu məqsədlə səylərini alqışlayıblar.
Sputnik
BAKI, 25 yanvar — Sputnik. Rusiya, Türkiyə və İran Ankara ilə Dəməşq arasında münasibətlərin bərpası üçün səylərin davam etdirilməsinin vacibliyini vurğulayıblar. Bu barədə Rusiya, İran və Türkiyənin Suriya üzrə Astana formatında keçirilən 21-ci beynəlxalq görüşün yekunlarına dair birgə bəyanatda deyilir.
Mətni Qazaxıstan xarici işlər nazirinin müavini Alibek Bakaev oxuyub.
"Biz terrorizmlə mübarizə, suriyalıların təhlükəsiz, könüllü və ləyaqətlə geri qayıtmaları üçün müvafiq şəraitin yaradılması məqsədilə qarşılıqlı hörmət və mehriban qonşuluq əsasında Türkiyə ilə Suriya arasında münasibətlərin bərpası istiqamətində səylərin davam etdirilməsinin, siyasi prosesi gücləndirməyin və bütün suriyalılara humanitar yardımın maneəsiz axınını təmin etməyin vacibliyini vurğuladıq", - məlumatda deyilir.
Bəyanatda həmçinin qeyd olunub ki, Rusiya Federasiyası, İran və Türkiyə Astana formatının təminatçılarının dördtərəfli format çərçivəsində bu məqsədlə səylərini alqışlayıblar.