BAKI, 25 yanvar — Sputnik. Birləşmiş Ştatlar Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ-ın Ukrayna Silahlı Qüvvələrinə artıq tədarük edilmiş avadanlıqları təmir edə bilməyəcəyi ilə bağlı qorxularını təsdiqləyib.
Bu barədə "Business Insider" yazıb.
Məqalədə ona aydınlıq gətirilib ki, ABŞ Konqresi əlavə maliyyədən imtina etdiyi üçün Pentaqon Ukraynaya zədələnmiş avadanlıqların təmirində kömək edə bilməz.
"Gecikmə Konqresin əlavə maliyyələşdirmədən imtina etməsi ilə bağlıdır ki, bu da təkcə yeni yardımlara deyil, həm də mövcud olanlara davamlı dəstəyin qarşısını alır".
Bundan əvvəl Zelenski etiraf etmişdi ki, Qərbdən maliyyə yardımının dayandırılması ölkədə böhrana səbəb olacaq. Onun sözlərinə görə, Qərbin köməyi olmadan Ukrayna hakimiyyəti vətəndaşlara sosial müavinətlər verə bilməyəcək.