RUSİYA

Qarabağda sülhməramlıların mövcudluğu sabitlik üçün müsbət rol oynayır - Lavrov

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Qərb Azərbaycan və Ermənistanı nizamlanma üçün Brüsselə cəlb etməyə çalışır.
Sputnik
BAKI, 24 yanvar - Sputnik. Qərb Azərbaycanla Ermənistanın nizamlanmasında Rusiya Federasiyasının rolunun yanlış olduğu qənaətinə gəlib və onları Brüsselə, Parisə və Vaşinqtona “altmağa” çalışır. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Təhlükəsizlik Şurasının tədbirlərində iştirakdan sonra keçirilən mətbuat konfransında deyib.

“Şəxsən prezident Putin 2020-ci ilin noyabrında müharibəni necə dayandırmağın mümkün olmasında və Ermənistan-Azərbaycan-Rusiya ən yüksək səviyyəsində bir neçə üçtərəfli sənədlərin razılaşdırılmasında, nizamlamanın əsas parametrləri, o cümlədən sərhədlərin delimitasiyası, ticarət və nəqliyyat yollarının bağlanması və sülh müqaviləsinin imzalanmasında həlledici rol oynayıb”, nazir qeyd edib.

Nazir qeyd edib ki, son vaxtlar "bu razılaşmalardan sonra qərbli həmkarlar Rusiyanın bu istiqamətdə irəliləyiş əldə etməsinin nədənsə yanlış olduğuna qərar verdilər və erməniləri və azərbaycanlıları ya Brüsselə, ya da Parisə, sonra Vaşinqtona, sonra Praqaya şirnikləndirməyə başladılar”.
Qarabağda Rusiya sülhməramlıları
Lavrovun sözlərinə görə, Moskva və Bakı razılaşır ki, indiki mərhələdə Rusiya sülhməramlılarının Qarabağda olması müsbət rol oynayır. Nazir qeyd edib ki, Rusiya sülhməramlılarının Qarabağda yerləşdirilməsi məsələsinin Ermənistana dəxli yoxdur, bu, Moskva və Bakının işidir:

“Hətta hamının Qarabağı Azərbaycan ərazisi kimi tanımasından sonra da, həqiqətən də, orada bizim sülhməramlılarımız var. Amma bu məsələ artıq erməni tərəfinə aid deyil. Bu, Rusiya ilə Azərbaycan arasında ikitərəfli münasibətlər məsələsidir. Prezidentlər bu mövzunu müzakirə etdilər, onlar razılaşdılar ki, indiki mərhələdə Rusiya sülhməramlılarının mövcudluğu sabitliyin möhkəmləndirilməsi, regionda etimadın yaradılması və bunu etmək istəyən Qarabağ sakinlərinin geri qayıtmasına şərait yaradılması üçün müsbət rol oynayır”.

Rusiya sülhməramlıları, arxiv
Xatırladaq ki, Rusiya, Azərbaycan və Ermənistan dövlət başçılarının razılaşmalarına əsasən, 2020-ci ilin payızında 1960 hərbi qulluqçu, 90 zirehli transportyor, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət Rusiya sülhməramlı kontingenti Qarabağda yerləşdirilib.
Qeyd edək ki, sentyabrın 19-da Azərbaycan Müdafiə Nazirliyi üçtərəfli bəyanatın müddəalarının təmin edilməsi, Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunda genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan Silahlı Qüvvələrinin tərksilah edilməsi və Ermənistan Silahlı Qüvvələrinin çıxarılmasının təmin edilməsi məqsədilə Azərbaycan ərazilərindən çıxarmaq, onların hərbi infrastrukturunu zərərsizləşdirmək, torpaqları işğaldan azad edilmiş ərazilərə qayıdan mülki əhalinin, tikinti və bərpa işlərində iştirak edən dövlət qulluqçularının, Azərbaycan hərbi qulluqçularının təhlükəsizliyini, habelə Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpasını təmin etmək üçün bölgədə yerli antiterror tədbirləri həyata keçirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
SİYASƏT
Ermənistan Azərbaycanla yeni müharibə istəyir?