RUSİYA

Volodin: Rusiya Dövlət Duması ABŞ və Almaniyaya müraciət hazırlayacaq

Plenar iclasda Kartapolov qeyd edib ki, ukraynalı hərbi əsirlərin olduğu təyyarə ABŞ-ın "Patriot" zenit-raket kompleksi və ya Almaniyanın İRİS-T raketləri ilə vurula bilərdi.
Sputnik
BAKI, 24 yanvar — Sputnik. Rusiya Dövlət Duması İl-76 təyyarəsinin Belqorod vilayətində qəzaya uğramasına hansı raketlərin səbəb ola biləcəyini öyrənmək üçün ABŞ Konqresinə və Almaniya Bundestaqına müraciət hazırlayacaq. Bu barədə Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin palatanın plenar iclasında Dumanın Müdafiə Komitəsinin rəhbəri Andrey Kartapolova müvafiq göstəriş verib.

"Hansı raketlərdən və buraxılış qurğularından istifadə olunduğunu müəyyən etmək təklifi var, gəlin ABŞ Konqresinə və Almaniya Bundestaqına müraciət hazırlayaq. Deputatlar nəhayət ki, kimi maliyyələşdirdiklərini və kimə kömək etdiklərini görsünlər. Görsünlər ki, bu, nasist rejimidir. Onlar öz məsuliyyətlərini dərk etməlidirlər və parlament üzvləri bu rejimlərə impiçment elan etməlidirlər" - Volodin vurğulayıb.

İl-76 təyyarəsinin Belqorod vilayətində qəzaya uğradığı yer
Plenar iclasda Kartapolov qeyd edib ki, ukraynalı hərbi əsirlərin olduğu təyyarə ABŞ-ın "Patriot" zenit-raket kompleksi və ya Almaniyanın İRİS-T raketləri ilə vurula bilərdi.
"Onlar öz əsgərlərini havada vurdular. Humanitar missiyanı yerinə yetirən hərbi-nəqliyyat təyyarəmizin pilotları müdafiəsiz vəziyyətdə ABŞ və ya Almaniya raketləri ilə vuruldular" - Volodin vurğulayıb.
Dəyişdirilmək üçün ukraynalı əsirləri daşıyan İl-76 təyyarəsi Moskva vaxtı ilə saat 11:00 radələrində Belqorod vilayətində qəzaya uğrayıb. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, təyyarədə 65 Ukrayna hərbçisi, 3 müşayiətçi və 6 ekipaj üzvü olub. Qəzanın səbəbləri hələ müəyyən edilməyib. Rusiya Aerokosmik Qüvvələrinin komissiyası təyyarənin qəzaya uğradığı yerə uçub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.