BAKI, 24 yanvar — Sputnik. İsveç kral sarayı şirkətin Rusiyada fəaliyyətinə görə Ukraynanın "qara siyahısı"nda olması fonunda "Marabou" şokolad məhsullarının tədarükçüsünün xidmətlərindən imtina edib. Bu barədə "TT" agentliyi çərşənbə günü xəbər verib.
"Kral sarayı və adı çəkilən şirkətin hazırda işgüzar əlaqələri yoxdur. Ötən ilin sonunda Kral Sarayının Tədarük Şurası tədarükçü ilə müqaviləni yeniləməmək qərarına gəlib" - agentlik kral sarayının mətbuat xidmətinin məktubundan sitat gətirib.
Agentliyin materialında göstərilir ki, brend ötən il "Marabou"nun məxsus olduğu ABŞ-ın "Mondelez" şirkətinin Rusiyada fəaliyyətinə görə Ukrayna Milli Korrupsiyanın Qarşısının Alınması Agentliyinin (MKQAA) "qara siyahısı"na düşəndə diqqət mərkəzində peyda olub.
Bir neçə mağaza rəflərdən bu şirkətin məhsullarını çıxarıb. İsveç dəmiryolu şirkəti olan "SJ", üstəlik, "SAS" aviaşirkəti və İsveç silahlı qüvvələri də şirkətə boykot elan etmək qərarına gəliblər.
"Mondelez International" qənnadı məmulatları, peçenye, qəlyanaltı və içkilərin Amerika transmilli istehsalçısı və marketinqçisidir. Şirkətin baş ofisi İllinoys ştatının Dirfild şəhərinin Çikaqo ətrafında yerləşir. Rusiyada "Oreo", "belVita", "Alpen Gold", "Milka", "Toblerone", "Halls", "Dirol" və digər markaları ilə təmsil olunur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.