BAKI, 24 yanvar — Sputnik. Bu gün Moskvada Rusiya Təhlükəsizlik Şurasının (TŞ) katibi Nikolay Patruşev və İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədiyan arasında görüş keçirilib.
Bu barədə RF Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb.
Görüşdə Moskva və Tehran arasında yeni tam əhatəli və hərtərəfli sazişin hazırlanmasını müzakirə edilib.
"Yeni ikitərəfli, tam əhatəli və uzunmüddətli sazişin hazırlanması məsələsinə toxunulub. Vurğulanıb ki, bu fundamental sənədin imzalanması bütün sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın daha da genişlənməsinə güclü təkan verəcək", məlumatda bildirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.