RUSİYA

Kudrov: Yəmənə hücumların genişləndirilməsi dinc sakinləri təhlükə altına atır

Rusiyanın Yəməndəki müvəqqəti işlər vəkili deyir ki, bu halda Yəmən vətəndaşları, onların evləri və mülkləri birbaşa təhlükə altına düşə bilər.
Sputnik
BAKI, 24 yanvar — Sputnik. ABŞ və Böyük Britaniyanın Yəmən ərazisinə hücumlarının miqyasının genişləndirilməsi mülki əhalinin əzablarına səbəb olacaq. Bu barədə Rusiyanın Yəməndəki müvəqqəti işlər vəkili Yevgeni Kudrov TASS-a müsahibəsində bildirib.

"Bizə daxil olan məlumatlara görə, hələ ki, ABŞ və Böyük Britaniyanın zərbələri, husilərin Ənsar Allah hərəkatının hərbi hədəflərinə yönəlib. Lakin bu cür tədbirlər husiləri mövqelərini yenidən nəzərdən keçirməyə məcbur edəcək. Xüsusən də bombardmanlar şəraitində paytaxt Sənada və Yəmənin digər şəhərlərində keçirilən yürüşlərdən də gördüyümüz kimi, geniş xalq kütlələrinin Ənsar Allaha dəstəyi artmaqdadır. London zərbələrinin miqyasını genişləndirmək qərarına gələ bilər. Hadisələrin bu cür inkişafının mümkünlüyü ilə bağlı açıqlamaları Ağ Ev artıq verib. Bu halda Yəmən vətəndaşları, onların evləri və mülkləri birbaşa təhlükə altına düşə bilər" - Kudrov deyib.

Qeyd edək ki, oktyabrın 7-də HƏMAS-İsrail münaqişəsinin başlamasından sonra Yəməndəki husi üsyançıları İsrail ərazisinə hücumlar həyata keçirəcəyini və əməliyyatlar dayandırılana qədər gəmilərin Qırmızı dəniz və Bab-əl-Məndəb boğazı sularından keçməsinə icazə verməyəcəklərini bildiriblər. ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının hesablamalarına görə, husilər keçən ilin noyabrın ayının ortalarından bəri Qırmızı dənizdə 20-dən çox mülki gəmiyə hücum edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.