RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Ukrayna hərbçiləri döyüşdə atlardan istifadə etməyə başlayıblar

Kəskin nəqliyyat ehtiyacı Ukrayna Silahlı Qüvvələrinin bu cür cəsarətli mühəndis qərarlarına sövq edib.
Sputnik
BAKI, 23 yanvar — Sputnik. Ukrayna hərbçiləri döyüşlərdə atlardan istifadə etməyə başlayıblar.
Avstriyanın "Exxpress" nəşri bu barədə xəbər verib.
Nəşrinin müəllifləri qeyd ediblər ki, Ukrayna Müdafiə Nazirliyinin yaydığı fotoşəkillər "köhnə yaxşı süvari hücumları" vaxtlarını xatırladır.
Məqalədə yerləşdirilmiş fotoda ukraynalı əsgərin "Javelin" tank əleyhinə raket kompleksi ilə atın üstündə oturduğu əks olunub. Eyni zamanda onun yanında Amerika istehsalı olan "HMMWV" zirehli avtomobili dayanıb.
"Görünür, kəskin nəqliyyat ehtiyacı Ukrayna Silahlı Qüvvələrinin bu cür cəsarətli mühəndis qərarlarına sövq edib", - nəşr qeyd edib.
Bundan əvvəl xəbər verilmişdi ki, Britaniya hökumətindən miqrantların La-Manş boğazından keçərək ölkəyə üzdüyü motorlu qayıqları Kiyevə təhvil verməsi xahiş olunub.