RUSİYA

Rusiya XİN BMT-də MDB ölkələrindən daha aydın mövqe gözləyir

Rusiya XİN rəsmisi qeyd edib ki, ölkəsi MDB-nin digər ölkələri ilə bağlı siyasi motivli sənədlərə qarşı BMT-də çıxış etməyə hazırdır.
Sputnik
BAKI, 23 yanvar — Sputnik. Rusiya MDB ölkələrinin BMT-də anti-Rusiya qətnamələrini rədd etmələrinin daha aydın ifadəsini görmək istərdi. Bunu Rusiya Federasiyası xarici işlər nazirinin müavini Aleksandr Pankin MDB-yə üzv dövlətlərin Daimi Səlahiyyətli Nümayəndələri Şurasında deyib.
"Əlbəttə, mən istərdim ki, Baş Assambleyanın açıq-aşkar anti-Rusiya xarakterli qətnamə layihələrini nəzərdən keçirərkən, həmkarlarımız bu cür təşəbbüsləri rədd etdiklərini daha aydın şəkildə ifadə etsinlər ki, bunun arxasında nəinki ölkəmizin, həm də faydalı və qarşılıqlı faydalı əməkdaşlığımızın inkişafına maneçilik törətmək və ləkələmək baxımından sonrakı hərəkətlərin izi dayanır" - nazir müavini bildirib.
Pankin qeyd edib ki, Rusiya öz növbəsində MDB-nin digər ölkələri ilə bağlı siyasi motivli sənədlərə qarşı BMT-də çıxış etməyə hazırdır.