HADİSƏ

Bakıda dəmir yolu stansiyasında zəncirvari qəza olub

Bu barədə ADY-dən bildirilib.
Sputnik
BAKI, 23 yanvar — Sputnik. Bu gün saat 10:15 radələrində "Azərbaycan Dəmir Yolları "QSC -yə (ADY) məxsus yük qatarı Əhmədli stansiyasının dalan yolunda manevr edərkən dəmiryol xəttinə yaxın məsafədə qanunsuz park edilmiş 99-FJ-595 dövlət nömrə nişanlı avtomobil qatara ilişib və yaxınlıqda dayanmış digər 7 maşınla toqquşub.
Bu barədə ADY-dən bildirilib.
Bakıda dəmir yolu stansiyasında zəncirvari qəza olub
Məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb.
"ADY bir daha nəqliyyat vasitələri sürücülərinin diqqətinə çatdırır ki, dəmiryol xətlərinə yaxın parkinq edərkən ən azı 3 metr məsafə saxlanılmalıdır" - deyə məlumatda qeyd olunub.