DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

ABŞ rəhbərliyi qeyri-qanuni immiqrasiyanı fəal şəkildə təbliğ edir - Mask

Bundan əvvəl ABŞ Ali Məhkəməsi Texas hakimiyyətinin Meksika ilə sərhəddə yerləşdirdiyi tikanlı məftillərin sökülməsinə icazə verib.
Sputnik
BAKI, 23 yanvar — Sputnik. ABŞ administrasiyası qeyri-qanuni immiqrasiyanı fəal şəkildə təbliğ edir.
Bunu Amerikalı sahibkar və milyarder İlon Mask bildirib.
Bundan əvvəl ABŞ Ali Məhkəməsi Texas hakimiyyətinin Meksika ilə sərhəddə yerləşdirdiyi tikanlı məftillərin sökülməsinə icazə verib.
"Bu administrasiya qeyri-qanuni immiqrasiyanı fəal şəkildə təbliğ edir" - Mask X sosial mediadakı səhifəsində yazıb.
Qeyd edək ki, Amerika Birləşmiş Ştatları son aylarda qeyri-qanuni miqrasiyanın rekord göstəricilərini qeydə alıb. Ötən ilin dekabrında sərhəd xidmətinin əməkdaşları sərhəddən 302 min qeyri-qanuni keçid qeydə alıb ki, bu da bir ay ərzində qeydə alınan ən yüksək rəqəmdir. Bundan əlavə, Prezident Co Baydenin ABŞ-a rəhbərlik etdiyi hər üç il ərzində rekord sayda qeyri-qanuni mühacir qeydə alınıb.