RUSİYA

Rusiya Aİ-nin qarşıdan gələn 13-cü sanksiyalar paketinə cavab verəcək

Rusiya Federasiyası xarici işlər nazirinin müavini Aleksandr Qruşko Aİ-nin qarşıdan gələn 13-cü sanksiyalar paketini şərh edib.
Sputnik
BAKI, 22 yanvar — Sputnik. Avropa İttifaqının sanksiya təzyiqi davam edəcək. Rusiya bunu cavabsız qoymayacaq.
Bunu Rusiya Federasiyası xarici işlər nazirinin müavini Aleksandr Qruşko Aİ-nin qarşıdan gələn 13-cü sanksiyalar paketini şərh edərkən bildirib.
"Biz sanksiya təzyiqlərinin davam edəcəyindən çıxış edirik. Qərb başqa davranmır. Bundan sonra cavab tədbirləri görüləcək" - o, jurnalistlərə belə deyib.
Bundan əvvəl yüksək səviyyəli Avropa mənbəsi daha əvvəl bildirmişdi ki, hazırda Rusiya əleyhinə sanksiyaların 13-cü paketi ilə bağlı müzakirələr aparılır. Onun sözlərinə görə, yeni sanksiyaların fevralın 24-dən əvvəl qəbul edilməsi planlaşdırılır. Bu məqsədin Aİ diplomatiyasının rəhbəri Josep Borrell tərəfindən qoyulduğu iddia edilir.