RUSİYA

"Qazprom" Ukrayna ərazisindən tranzit kimi istifadə edirək Avropaya qaz ötürür

Qazprom" bəyan edib ki, bütün həcmləri "Sudca"ya ötürmək texnoloji cəhətdən mümkün deyil.
Sputnik
BAKI, 23 yanvar — Sputnik. "Qazprom" Ukrayna ərazisindən qazı Ukrayna tərəfinin təsdiq etdiyi həcmdə "Sudca" qaz ölçmə stansiyası (QÖS) vasitəsilə tədarük edir - 22 yanvar tarixinə bu rəqəm 40,5 milyon kubmetrdir. "Soxranovka" QÖS üçün müraciət yenidən rədd edilib.
Bunu Rusiya şirkətinin rəsmi nümayəndəsi Sergey Kupriyanov bildirib.
"Qazprom" Rusiya qazını Ukrayna ərazisindən tranzit üçün Ukrayna tərəfinin "Sudca" QÖS vasitəsilə təsdiq etdiyi həcmdə tədarük edir – bu rəqəm yanvarın 22-nə 40,5 milyon kubmetrdir. "Soxranovka" QÖS üçün müraciət rədd edilib" - o, jurnalistlərə bildirib.
2022-ci ilin may ayında Ukrayna Rusiya qüvvələrinin nəzarəti altında ("LXR" ərazisində) olduğunu əsas gətirərək, "Soxranovka" QÖS vasitəsilə tranzit üçün qaz qəbulunu dayandırıb. Nəticədə qazın Avropaya tranziti üçün yalnız bir giriş qalıb – "Sudca" QÖS. "Qazprom" bəyan edib ki, bütün həcmləri "Sudca"ya ötürmək texnoloji cəhətdən mümkün deyil.
Qeyd edək ki, "Qazprom" və Ukrayna arasında bağlanan tranzit müqaviləsi 2021-ci ildən başlayaraq zəmanətli gündəlik nasos həcminin (hər iki tərəfdən) 109,6 milyon kubmetr təşkil etdiyini nəzərdə tutur.