TƏHLİL

Makronun Ermənistanla bağlı planları Cənubi Qafqaza nə vəd edir?

Ramil Məmmədli qeyd edir ki, Avropa İttifaqının Ermənistandakı missiyasının fəallığını artırması da Fransanın təşəbbüsüdür.
Sputnik
BAKI, 22 yanvar — Sputnik. Fransa Prezidenti Emmanuel Makron ölkənin Silahlı Qüvvələrinə müraciətində bildirib ki, tarixi qərarlar verən Ermənistana münasibətdə üzərlərinə böyük öhdəliklər düşür. Fransa dövlət başçısının bu açıqlaması fonunda Avropa İttifaqının Ermənistandakı missiyası sərhədyanı ərazilərə 1500 patrul göndərib. Bildirilib ki, missiyaya yerlərdəki vəziyyəti müşahidə etmək və hesabat hazırlamaq tapşırılıb.
Bəs, Makronun bu açıqlaması Cənubi Qafqazda baş verə biləcək hansı proseslərin xəbərçisidir?
Mövzu ilə bağlı hərbi ekspert Ramil Məmmədli və Millət vəkili Aydın Mirzəzadə Sputnik Azərbaycan-a danışıblar.
Millət vəkili Aydın Mirzəzadə deyir ki, Fransa artıq nizam tərəzisini itirib:
"Bu ölkənin davranışlarını Cənubi Qafqaz regionu üçün böyük təhlükə hesab etmək olar. Azərbaycan və Ermənistan arasında müharibə bitib və bu gün tərəflər ülh müaviləsi üzərində iş aparırlar. Belə olan halda Ermənistanı müharibəyə təhrik etmək, bu ölkəni silahlandırmaq Fransanın dünya təhlükəsizliyini qorumayan ölkə olduğunu sübut edir. Fransanın bu davranışları BMT Təhlükəsizlik Şurasının müzakirəsinə çxıaırlmalıdır. Azərbaycanın öz suveren hüquqularından imtina edəcəyini gözləməklə Fransa yanlışa yol verir. Fransanın çağırışları, təhdidləri Azərbaycnaı yolundan döndərə bilməz".
Millət vəkili Aydın Mirzəzadə
Hərbi ekspert Ramil Məmmədli deyir ki, Fransa uzun illərdir Cənubi Qafqazda mövcud olmaq, mövqelərini gücləndirmək məqsədilə addımlar atır:
"Lakin bölgənin əsas super gücü olan Rusiya faktoruna görə, Fransa buna nail ola bilmir. Rusiya Fransanın Cənubi Qafqazda güclənməsinə uzun illər mane olub, imkan verməyib. Bu gün isə Ermənistan Rusiyaya qarşı xəyanət mövqeyi tutması, Rusiyaya qarşı siyasi təxribatda iştirak etməsi Fransaya imkan verir ki, bölgəəd mövqelərini gücləndirsin. Bunun üçün ən yaxşı ərazi və partnyor Ermənistandır".
Ekspert hesab edir ki, qarşıdan gələn dövrdə Fransa mövqelərini gücləndirmək üçün addımlarını davam etdirəcək:
"Lakin bunun uğurlu olacağını düşünmürəm. Çünki Rusiya Cənubi Qafqazda xüsusən də Ermənistandakı mövqelərini itirməmək üçün başqa sərt addımlara keçə bilər. Qırmızı xətti keçmək - NATO-nu bölgəyə gətirmək olmaz. Biz uKraynanın timsalında bunun şahidiyik. Hesab edirəm ki, Ermənistanda NATO-nun bölgəyə gəlməsinin Rusiya və İran üçün xoşagələn olmadığını dərk etməlidir. Makronun Fransa təhlükəsizlik strukturlarını Ermənistana dəstək verməyə çağırması ciddi qəbul edilməlidir. Bu ilin sonuna kimi Makronun Ermənistanda formalaşmasını istədiyi sistem bəlli olacaq. Fransalı mütəxəssislər Ermənistan ordusunun sturkturunun, silah texnika arsenalının dəyişdirilməsi istiqamətində konkret addımlar atmağa artıq başlayıblar".
Ramil Məmmədli
Ramil Məmmədli qeyd edir ki, Avropa İttifaqının Ermənistandakı missiyasının fəallığını artırması da Fransanın təşəbbüsüdür:
"Bu missiya mülki deyil, hərbi misisyadır. Onun fəaliyyəti də kəşfiyyat xarakterlidir. Mülki missiya Qərb xüsusi xdmət orqanlarının mütəxəssislərindən ibarətdir. Bu missiya Ermənistan növbəti agentura şəbəsinin yaradılması istiqamətində atılan addımlardan biridir. Daha dəqiq desək, 1968-ci ildə Çex-Slovakiya təcrübəsinin tətbiq olunmasıdır".