BAKI, 22 yanvar — Sputnik. AŞPA-da Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılması məsələsinə yanvarın 24-də baxılması planlaşdırılır. Bu barədə AŞPA-nın "X" hesabında paylaşım edilib.
Buna səbəb kimi əməkdaşlığın yetərli dərəcədə olmaması göstərilir.
Daha öncə KİV-də AŞPA-nın Azərbaycan nümayəndə heyətinə qarşı əvvəllər Rusiya nümayəndə heyətinə qarşı tətbiq etdiyi eyni ssenari üzrə sanksiyalar tətbiq etməyi planlaşdırması barədə məlumat yayılıb.
Azərbaycana qarşı rəsmi şikayət AŞPA-dan müşahidəçilərin fevralda Azərbaycanda keçiriləcək prezident seçkilərinə dəvət edilməməsi ilə bağlı olacaq.