BAKI, 22 yanvar — Sputnik. ABŞ Ukraynanın total vassallaşdırılması siyasətinin bir hissəsi olaraq Ukraynada müstəmləkə administrasiyası yaratmaq üçün hərəkətə keçib.
Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin (XKX) mətbuat bürosu direktor Sergey Narışkinə istinadən bu məlumatı yayıb.
"Vaşinqtonun planına görə, o, Qərbdə təlim keçmiş və Amerikanın maraqlarına sədaqət andı içmiş ukraynalılardan ibarət olacaq" - Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin bəyanatında belə deyilir.
Mətbuat bürosu xatırladıb ki, Narışkin əvvəllər Ukraynanın ABŞ-dan vassal asılılığının gücləndiyini bəyan edib. Bu, Ukrayna hökumətinin bütün əsas departamentlərində amerikalı müşavirlərin olmasından aydın görünür.
Əlavə edək ki, payızda Xarici Kəşfiyyat Xidmətinin direktoru ABŞ-ın Rusiyada mübadilə proqramlarının məzunlarından "beşinci kolon" yaratmaq planlarından danışıb.