BAKI, 21 yanvar - Sputnik. Bu gündən Sumqayıt-Bakı marşrut xətti üzrə ekspres avtobuslar sərnişinlərin xidmətindədir. Bu barədə Azərtac xəbər yayıb.
Bildirilir ki, marşrut üzrə gediş haqqi 80 qəpik təşkil edir və ödəniş nağdsız həyata keçirilir.
Qeyd edək ki, “BakıKart”ın balansını artırmaq üçün həm Bakı Beynəlxalq Avtovağzal Kompleksi, həm də Sumqayıt avtovağzalında ödəniş terminalları yerləşdirilib.
Sərnişinlər, həmçinin “BakıKart” mobil tətbiqi üzərindən QR kod vasitəsilə də ödənişlərini edə bilərlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.