PAYTAXT XƏBƏRLƏRİ

Prezident və birinci xanım Şəhidlər xiyabanını ziyarət ediblər

Dövlətimizin başçısı və onun xanımı ölkəmizin azadlığı uğrunda həlak olanların xatirəsini yad ediblər.
Sputnik
BAKI, 20 yanvar - Sputnik. Qanlı 20 Yanvar faciəsindən 34 il keçir. Sovet imperiyasının Bakıda törətdiyi qanlı qırğının 34-cü ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yanvarın 20-də - Ümumxalq Hüzn Günündə Şəhidlər xiyabanını ziyarət ediblər.
Dövlətimizin başçısı və onun xanımı ölkəmizin azadlığı uğrunda həlak olanların xatirəsini yad ediblər.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət ediblər
Prezident İlham Əliyev “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.