SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Paşinyan: Ermənistan və Azərbaycan qarşılıqlı təminat tələb edir

"Bu, işlək prosesdir və belə hesab edilməlidir", - Baş nazir qeyd edib.
Sputnik
BAKI, 20 yanvar - Sputnik. Ermənistan və Azərbaycan bir-birinə qarşı ərazi iddialarının olmamasına dair qarşılıqlı təminat tələb edir.
APA xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hakim “Vətəndaş müqaviləsi” partiyasının fəalları ilə görüşündə deyib.
"Biz Azərbaycandan, Azərbaycan isə bizdən əlavə qarşılıqlı təminat istəyir ki, bir-birimizə qarşı hər hansı gizli ərazi iddiası olmasın. Bu, işlək prosesdir və belə hesab edilməlidir", - o qeyd edib.