CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yanvarın 19-da bu əlamətdar hadisələr baş verib

Bu gün dünyada və ölkədə müxtəlif illərdə hansı hadisələr baş verib - Sputnik Azərbaycan icmalında oxuyun.
Sputnik
BAKI, 18 yanvar — Sputnik. Yanvarın 19-da bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar, siyasətçilər dünyaya gəlib. Bu gün də tarixə düşən müəyyən hadisələr baş verib.
Yanvarın 19-da kimlər anadan olub?
Həmidə Məmmədquluzadə (1873-1955) - Azərbaycanın ilk maarifçilərindən biri, yazıçı Cəlil Məmmədquluzadənin həyat yoldaşdır. O, Qafqaz Müsəlman Qadınları Xeyriyyə Cəmiyyətinin yaradıcılarından biri olub.
Edqar Po (1809-1849) - amerikalı yazıçı, şair, ədəbi tənqidçi və redaktor, Amerika romantizminin nümayəndəsidir. O, müasir detektiv formasının və psixoloji nəsr janrının yaradıcısıdır.
Tippi Hedren (1930) - amerikalı aktrisa, prodüser və heyvan hüquqları müdafiəçisidir. O, Alfred Hiçkokun filmlərində oynadığı baş rollar sayəsində şöhrət qazanıb. Tippi "Qızıl Qlobus" mükafatı laureatıdır.
Cenis Coplin (1943-1970) - amerikalı rok müğənnidir. O, bluzun ən yaxşı ağdərili ifaçısı və rok musiqisi tarixinin ən böyük vokalçılarından biri hesab olunur.
Aleksey Vorobyov (1988) - rusiyalı musiqiçi və aktyor, rejissor, BMT-nin xoşməramlı səfiri, "Buz və Od" layihəsinin qalibidir. O, 2011-ci ildə "Avroviziya" mahnı müsabiqəsində Rusiyanı təmsil edib.
Aleksey Vorobyov - rusiyalı musiqiçi və aktyor, arxiv
Yanvarın 19-da dünyada baş verən tarixi hadisələr
1903-cü ildə Fransada ən nüfuzlu və populyar "Tour de France" idman velosiped yarışının keçiriləcəyi elan edilib. 5745 km olan ən uzun yarış 1926-cı ildə baş tutub.
1915-ci ildə fransız Georq Klod küçə reklamı üçün istifadə edilən neon boru üçün patent əldə edib.
1955-ci ildə ABŞ Prezidenti Duayt Eyzenhauer Ağ Evdə dünyanın ilk televiziya ilə mətbuat konfransını keçirib.
1990-cı ildə Naxçıvan Muxtar Sovet Sosialist Respublikası (MSSR) Ali Sovetinin SSRİ-dən ayrılması haqqında qərarı qəbul edib. Bu qərar SSRİ rəhbərliyinin Ermənistanın Naxçıvanı mühasirəyə almasına və bölgəyə silahlı hücumlara qarşı hərəkətsizliyinə cavab olaraq qəbul edilib. Naxçıvan Ali Soveti Qars müqaviləsinin (1921) tələblərinə əsasən Türkiyəyə, eləcə də BMT-yə müraciət edib.
1993-cü ildə Azərbaycan parlamenti "Dövlət gerbi haqqında" Konstitusiya Qanunu qəbul edib. Onun mərkəzində alov təsvir edilib. Gerbdə istifadə olunan rənglər Azərbaycan Respublikasının dövlət bayrağının rəngləridir. Səkkizguşəli ulduz türk xalqının səkkiz müxtəlif qolunun, sünbül çələngi zənginliyin, məhsuldarlığın, palıd budaqları isə güc və qüdrətin rəmzidir.
2001-ci ildə Belçika marixuananın istifadəsinə və saxlanmasına icazə verib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.