BAKI, 19 yanvar — Sputnik. 2024-cü ildə Ukrayna Ukrayna Silahlı Qüvvələrinin ötənilki əks-hücumunun uğursuzluğundan sonra “aktiv müdafiəyə” keçmək qərarına gəlib.
“Financial Times” bu barədə anonim Qərb rəsmisinə istinadən yazıb.
“Rəsmi bildirib ki, “aktiv müdafiə” strategiyası Ukraynaya bu il öz qüvvələrini artırmağa və əks-hücumun daha yaxşı şans qazanacağı 2025-ci ilə hazırlaşmağa imkan verəcək”, - nəşr yazıb.
Məqalədə, həmçinin qeyd olunub ki, Ukraynanın taleyini müəyyən edən amil Qərbin davamlı dəstəyidir. Lakin hələlik bu məsələ ilə bağlı aydınlıq yoxdur. Nəşr hesab edir ki, ABŞ, çətin ki, Kiyevə döyüş meydanında üstünlük əldə etməyə imkan verəcək yardım növü təklif edə bilsin.
Bundan əvvəl Amerikanın Səudiyyə Ərəbistanındakı səfirliyinin keçmiş missiyasının rəhbəri Devid Randell və ABŞ Mərkəzi Komandanlığının keçmiş müşaviri Maykl Qfeller “Newsweek” jurnalında dərc olunan məqaləsində Qərbin Ukraynaya silah tədarükünün Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatınən uğurunu təmin edə bilmədiyini bildiriblər.