TƏHLİL

Rusiyanın misilsiz silahları: uzaq mənzilli mina sahələri

Ötən yay Ukraynanın hərbi əməliyyatlar teatrında Rusiyanın keçilməz mina maneələri NATO-nun strategiya və taktikasına mane olub, yüzlərlə Qərb zirehli texnikasını yararsız vəziyyətə salıb və on minlərlə USQ döyüşçüsünü "demilitarizasiya edib".
Sputnik
Rusiyanın məsafədən minalama taktikası istifadə olunan yüksək texnoloji sursatların məsafəsi, dəqiqliyi və gücü baxımından daim təkmilləşdirilir. Bu, Ukrayna hərbi əməliyyatlar teatrının xüsusi hərbi əməliyyatında (XHƏ) və digər (ehtimal olunan) münaqişələrdə düşməni hər hansı bir uğur ümidindən məhrum edərək döyüş meydanında inamla üstünlük etməyə imkan verir.
Reaktiv yaylım atəş sistemlərindən (RYAS) istifadə edərək tank əleyhinə minaların uzaqdan quraşdırılması üçün ən yeni kaset sursatları Rusiyada hazırlanıb. Məsafədən minalamanın kaset bloklarının (reaktiv mərmilərin başlıqlarında) poliqon sınaqları uğurla həyata keçirilib. "Texnodinamika" ixtisaslaşdırılmış müəssisəsinin baş direktoru İqor Nasenkov bildirib ki, ixtira (patentlə) RYAS-dan istifadə edərək tank əleyhinə kumulyativ minalarla ərazinin məsafədən minalanması üçün kaset sursatlarına aiddir və minalanmış sahələrin effektliyinin artırılmasına imkan verir.
Məlumdur ki, "Smerç", "Uraqan" və "Qrad" RYAS üçün minaları olan reaktiv mərmilərin başlıq hissələri 70 km-ə qədər məsafədə tank və piyada əleyhinə minalar olan kasetləri çatdırmaq iqtidarındadır, bu da tez bir zamanda və düşmən üçün görünməz şəkildə minaları quraşdırmağa imkan verir. Məsələn, "Smerç" RYAS buraxılış qurğusu bir dəfəyə müəyyən edilmiş əraziyə 300 TƏM-3 tank əleyhinə "ağıllı" minaları dəqiq şəkildə göndərə bilər. Yaylım dağılma ellipsi təxminən 2x2 km-dir. Hər hektarda minalanmanın orta sıxlığı 7,5 mina təşkil edir ki, bu da irəliləyən zirehli texnikanı məhv etmək üçün kifayətdir. Bu, bir sahədə bir neçə yaylım mina sahəsinin sıxlığını və keyfiyyətini artırır.
Çox güman ki, "Texnodinamika"nın yeni kumulyativ minaları oxşar şəkildə yerləşdirilir (və çatdırılır). Düşmənin istənilən istiqamətdə irəliləməsini tez dayandırmaq lazımdırsa (əvvəllər mina sahələrinin olmadığı yerlərdə) bu, əvəzolunmaz texnologiyadır.
Mina sahəsinin quraşdırılmasının səmərəliliyi, məsafəsi və təhlükəsizliyi baxımından RYAS bütün digər variantlardan üstündür. Bu, Rusiyanın XHƏ-nin Ukraynadakı təcrübəsi ilə təsdiqlənir.
Ötən yay Ukraynanın hərbi əməliyyatlar teatrında Rusiyanın keçilməz mina maneələri NATO-nun strategiya və taktikasına mane olub, yüzlərlə Qərb zirehli texnikasını yararsız vəziyyətə salıb və on minlərlə Ukrayna Silahlı Qüvvələrinin (USQ) döyüşçüsünü "demilitarizasiya edib". Bütün dünya foto və videolarda Ukrayna Silahlı Qüvvələrinin NATO texnikasının ("Leopard-2" tankları, "Bradley" və "Marder" piyada döyüş maşınları (PDM)) Rusiyanın minalanmış sahələrində məhv edildiyini görüb.
Mükəmməlliyin özü
Ərazilərin məsafədən minalamasının effektivliyinin hesablanması (düşmənin ağır texnikasının və canlı qüvvəsinin məhv edilməsi dərəcəsinin qiymətləndirilməsi) sadə riyazi düsturlara əsasən həyata keçirilir. Reaktiv mərmilər bir neçə futbol meydançası böyüklüyündə olan ərazilərdə basdırılır və öz qoşunları üçün hazır keçidlər də daxil olmaqla istənilən çətinlikdə mina maneələrini düzəldir. Rusiya ordusu bütöv bir sıra xüsusi silah-sursatlara malikdir.
2005-ci ildən istismarda olan TƏM-4 "ağıllı" tank əleyhinə mina yaxınlıqdan tank və ya digər avadanlıq keçdikdə maqnit pozğunluğunu aşkar edir. Yalnız ağır zirehli maşınlara reaksiya verir. Bu sursatı minadan ayırmaq olmur və onun cuzi hərəkət etdiyi halda partlayış baş verir. Lazım gələrsə, TƏM-4M tank əleyhinə proqramına özünü məhv etmə vaxtı da daxil edilir. 2022-ci ilin payızında "Rostex" TƏM-4M-in ən yeni modifikasiyalarının kütləvi istehsalına başlayıb.
TƏM-3 füqas-kumulyativ mina da döyüş aktuallığını itirməyib. 330 mm uzunluğunda və 4,9 kq ağırlığında olan polad düzbucaqlı korpusda 1,8 kq trotil qoyulub. Kontaktsız partlayıcı maqnit sahəsinə və ya minanın fiziki yerdəyişməsinə reaksiya verir. TƏM-3-ün heç bir xarici analoqu yoxdur, Rusiya ordusunun ən yeni tank əleyhinə minalarından danışmağa belə ehtiyac yoxdur.
Plastik kopusda olan tank əleyhinə TƏM-1 də məsafədən minalama üçün istifadə olunur. Bir 220 mm-lik "Uraqan" RYAS reaktiv mərmisi 24 bu cür minanı yerləşdirə bilər. 16 istiqamətləndiricidən ibarət bir yaylım 35 km-ə qədər məsafədə 384 TƏM-1 minasını çatdırır və 150 hektar ərazini tanklar üçün keçilməz vəziyyətə salır. Enişdən sonra yarım kiloqramlıq sursat avtomatik olaraq tətikdə durur və düşməni gözləyir. Yumşaq polietilen korpus basıldıqda partlayıcı işə salınır, əsas yük tırtırlı maşından bir-iki zənciri sıradan çıxarır - zirehli maşın döyüş effektivliyini itirir.
Nisbətən yüngül olan "Qrad" RYAS reaktiv mərmisi 105x70 metr ölçülü ellipsə düşəcək üç tank əleyhinə minanı 1,5 km-dən 13,4 km-ə qədər məsafəyə çatdırmağa qadirdir. Tələb olunan sıxlıqda mina maneəsi üçün 1 km cəbhəyə 90-a qədər "Qrad" RYAS sursatı tələb olunur. Bununla belə, kifayət qədər "çatdırılma" vasitələri var.
Rusiyanın müasir minaları elektron partlayıcıların istifadəsi sayəsində daha güclü olub. Onlar özünü məhv edən qurğularla və ya peyk vasitəsilə söndürmə sistemi ilə təchiz olunublar, yəni öz qoşunları və mülki əhali üçün (hərbi əməliyyatlar başa çatdıqdan sonra) təhlükəsizdirlər. Rusiya mühəndis qoşunlarının mükəmməl texnikası və yüksək texnoloji silahları müdafiəni çevik şəkildə təşkil etməyə və sürətlə hücuma keçməyə imkan verir. NATO ekspertlərinin fikrincə, Rusiyanın mina maneələri taktikada tamamilə yeni bir fenomendir.
Kaset sursatlar 2008-ci ilin mayında qəbul edilmiş Konvensiya ilə qadağan edilib. XHƏ başlamazdan əvvəl ona 123 dövlət qoşulub ki, onlardan da 110-u iştirakçı, 13-ü isə onu imzalayan tərəflər olub. Ən böyük kaset silah-sursat arsenallarının əsas istehsalçıları və sahibləri - ABŞ, Rusiya və Çin Konvensiyanı imzalamayıb. Kaset sursatlarını effektiv silah hesab edən Hindistan, Braziliya, Cənubi Koreya, Pakistan, İsrail və Ukrayna da Konvensiyanı imzalamaqdan imtina ediblər. Nə qədər ki, dünya nizamı bərabər və bölünməz təhlükəsizlik prinsiplərinə cavab vermir, barıtı quru saxlamaq lazımdır.