CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qaz limitlərinin yenilənməsi başa çatıb - VİDEO

2021-ci ilin oktyabrın 16-da Tarif Şurasının iclasında təbii qaz üzrə topdansatış və pərakəndə satış qiymətlərinin tarif tənzimlənməsinə dair qərar qəbul edilib.
Sputnik
BAKI, 19 yanvar — Sputnik. SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi tərəfindən yeni ilə keçidlə bağlı qazdan istifadə limitlərinin yenilənməsi başa çatıb.
Bunu birliyin Qəza Çağrı Xidməti şöbəsinin rəisi Xalidə Şimşək "Açıq qapı" aksiyası çərçivəsində media və QHT nümayəndələri ilə keçirilən görüşdə deyib.
"Yenilənmə artıq başa çatıb və yenilənmədən sonra sayğac göstəriciləri qeydə alınıb" - Xalidə Şimşək qeyd edib.
Xatırladaq ki, 2021-ci ilin oktyabrın 16-da Tarif Şurasının iclasında təbii qaz üzrə topdansatış və pərakəndə satış qiymətlərinin tarif tənzimlənməsinə dair qərar qəbul edilib. Qərara əsasən, əhalinin illik istehlakının 1200 kubmetrədək olan hissəsi üçün tariflər 10 qəpikdən 12 qəpiyə artırılıb. Əhali üçün 1200-2500 kubmetrədək və 2500 kubmetrdən çox olan hissələr üçün tariflər müvafiq olaraq 20 və 25 qəpik olmaqla dəyişməyib və əvvəlki həddə saxlanılıb.
Qeyri-əhali kateqoriyasından sənaye və kənd təsərrüfatı üzrə qazın tarifləri 20 qəpikdən 22 qəpiyə artırılıb.
26.12.23, 23:16
Qaz limitləri nə vaxtdan sıfırlanacaq? Rəsmi açıqlama
"Dekabrın 31-dən yanvarın 1-nə keçən gecə smart tipli qaz sayğaclarında limit avtomatik, mexaniki sayğaclarda isə yanvar ayının 5-nə qədər yenilənir".
Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev söyləyib. O, bildirib ki, artıq bir neçə ildir ki, smart tipli sayğaclarda bu proses avtomatik olaraq, mexaniki sayğaclarda isə müəyyən vaxt çərçivəsində Azəriqaz əməkdaşları tərəfindən həyata keçirilir.
E. Vəliyev onu da bildirib ki, ölkə üzrə hər bir abonentə üç mərhələ üzrə qaz limiti verilir. Hazırda əhali qrupunun istifadə etdiyi mavi yanacağın 1200 kub metrədək olan hissəsinin qiyməti 12 qəpikdən hesablanır. 1200 kub metrdən -2500 kubmetrədək 20 qəpikdən, 2500 kub metrdən çox olan hissəsi üçün isə 25 qəpikdən hesablanır. İl ərzində 2500 və ondan daha artıq mavi yanacaq işlədən abonentlərin qaz limiti dekabrın 31-dən yanvarın 1-ə keçən gecədən yenilənir. Dekabrın 31-i gecə saat 00:00-dək 25 qəpikdən qaz işlədən abonentlər artıq 1-ə keçən gecədən mavi yanacağı 12 qəpikdən istifadə etməyə başlayacaqlar.
E. Vəliyev onu da əlavə edib ki, kiminsə sayğacında, balansında yanvarın 1-ə qalan məbləğ isə aldığı qiymətlə hesablanır. Həmin məbləğ istifadə edildikdən sonra 12 qəpiklik tariflə mavi yanacağı işlədə bilər. Sayğacda qalan məbləğ isə növbəti ilə qaldıqda sıfırlanmır.
Qurum sözçüsü onu da bildirib ki, abonentlərin 50,6 faizi 12 qəpiklik limiti keçməyib.
Xatırladaq ki, 2021-ci ilin oktyabrın 16-da Tarif Şurasının iclasında təbii qaz üzrə topdansatış və pərakəndə satış qiymətlərinin tarif tənzimlənməsinə dair qərar qəbul edilib. Qərara əsasən, əhalinin illik istehlakının 1 200 kubmetrədək olan hissəsi üçün tariflər 10 qəpikdən 12 qəpiyə artırılıb. Əhali üçün 1200-2500 kubmetrədək və 2500 kubmetrədən çox olan hissələr üçün tariflər müvafiq olaraq 20 və 25 qəpik olmaqla dəyişməyib və əvvəlki həddə saxlanılıb. Qeyri-əhali kateqoriyasından sənaye və kənd təsərrüfatı üzrə qazın tarifləri 20 qəpikdən 22 qəpiyə artırılıb.