CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gürcüstandan Azərbaycana yük maşınında qadın keçirmək istədilər

Gürcüstandan Azərbaycan Respublikası istiqamətində dövlət sərhədinin pozulmasının qarşısı alınıb.
Sputnik
BAKI, 19 yanvar — Sputnik. Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsi əməkdaşlarının sayıqlığı və peşəkarlığı nəticəsində Gürcüstandan Azərbaycan Respublikası istiqamətində dövlət sərhədinin pozulmasının qarşısı alınıb. Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.
Gürcüstandan Azərbaycana yük maşınında qadın keçirmək istədilər
Yanvarın 19-da saat 04:30-da "Qırmızı körpü" dövlət sərhədindən buraxılış məntəqəsində Füzuli rayon sakini 1987-ci il təvəllüdlü Ömər Tapdıq oğlu Sadıqovun idarə etdiyi DAF markalı 99-UL-655 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinə birgə baxış zamanı avtomobilin qoşqusunun plomblanmış yük yerində gizli şəkildə dövlət sərhədini qanunsuz yolla keçməyə cəhd göstərən Gürcüstan vətəndaşı 1987-ci il təvəllüdlü Lamia Mamedova saxlanılıb.
Fakt üzrə araşdırma tədbirləri davam etdirilir.
Gürcüstandan Azərbaycana yük maşınında qadın keçirmək istədilər