BAKI, 19 yanvar — Sputnik. Ötən il teleradio yayımı həyata keçirən 9 şirkətin lisenziyası ləğv edilib. Bu barədə Audiovizual Şuranın 2023-cü ilin yekunlarına həsr olunmuş hesabatında bildirilib.
Qeyd olunub ki, Audiovizual Şura fəaliyyətdə olmayan, o cümlədən fəaliyyət göstərdiyi təsbit olunmayan audiovizual media subyektlərinin lisenziyalarının ləğv olunması prosesini həyata keçirib.
İl ərzində Audiovizual Şuranın müvafiq qərarları ilə "Caspium Group" MMC-yə xarici teleradio kanallarının peyk vasitəsilə kodlaşdırılmış qurğularla yayımının həyata keçirilməsini təmin edən fəaliyyət üçün, "Media Art" şirkətinə, "Metronet" MMC-yə, "Albax TV" MMC-yə, "Şam" MMC-yə, "Real Telecom" MMC-yə, "RA Technologies" MMC-yə abonentlərinin sayı 5000-dək olan kabel şəbəkəsi yayımı üçün Milli Televiziya və Radio Şurası tərəfindən verilmiş lisenziyalar, habelə "İzone" MMC-yə və "Startelekom" MMC-yə universal platforma operatoru fəaliyyətini təmin etmək üçün Azərbaycan Audiovizual Şurasının verdiyi lisenziyalar ləğv edilib. Ümumilikdə 9 hüquqi şəxsin lisenziyası ləğv edilib.
27 Oktyabr 2023
Bəzi yayım operatorlarının lisenziyası ləğv edilib
Azərbaycan Audiovizual Şurasının növbəti iclası keçirilib. İclasda xarici televiziya kanallarının retranslyasiya xidmətini həyata keçirmiş bir sıra yayım operatorlarının fəaliyyət göstərməmələri ilə bağlı lisenziyalarının ləğv edilməsi məqsədilə Şuraya müraciətləri müzakirə olunub.
Şura aparatının Hüquq və beynəlxalq əməkdaşlıq şöbəsinin qeyd olunan məsələ ilə bağlı və həmin operatorların monitorinqlərinə dair məruzəsi dinlənilib.
Müzakirələrdən sonra lisenziya sahiblərinin müraciətləri nəzərə alınaraq "Albax TV" MMC, "Real Telecom" MMC və "Şam" MMC-nin müvafiq lisenziyalarının ləğv olunması barədə qərarlar verilib.
Həmçininyayım fəaliyyətinin 6 aydan çox müddətdə həyata keçirilməməsi səbəbindən "RA Technologies" MMC-nin də lisenziyası ləğv olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.