CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nazirlik: Sənədsiz evlərə qeydiyyata düşmə halları var

Nazirlik səlahiyyətlisi bildirib ki, mövcud təcrübədə tikintiyə icazə verilən ərazilərdə binanın ünvanı qeyd olunur.
Sputnik
BAKI, 18 yanvar — Sputnik. Sənədsiz evlərə qeydiyyata düşmə halları var. Sputnik Azərbaycan xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin Notariat idarəsinin böyük məsləhətçisi Seymur İsmayılov nazirliyin sosial şəbəkə hesabında canlı yayımda suallara cavab olaraq deyib.
O bildirib ki, mövcud təcrübədə tikintiyə icazə verilən ərazilərdə binanın ünvanı qeyd olunur:

"Həmin binalarda qeydiyyata düşmə halları var. Sadəcə, qanunvericilik baxımından şəxs yaşayış yeri üzrə qeydiyyatda olmalıdır. Mənzil kimi yaşayış sahəsi müəyyən edilməlidir, lakin minlərlə tikintisi başa çatmayan bina var, orada məskunlaşıblar. Təcrübədə həmin ünvalarda qeydiyyata alınma halları var".

Qeyd edək ki, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" qanunun tələbinə görə, yaşayış yerindən kənarda 60 gündən artıq müvəqqəti yaşamaq istəyən vətəndaş həmin yerə gəldikdən sonra 7 gün ərzində ərazi üzrə polis orqanına məlumat verməklə olduğu yer üzrə qeydiyyata düşməlidir.
Vətəndaş cərimələndikdən sonra qeydiyyatsız yaşamağa davam edirsə, bu təkrar məsuliyyət yaradır. Vətəndaşdan olduğu yer üzrə qeydiyyata düşməsi üçün müvəqqəti yaşadığı evin çıxarışı tələb olunmur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.