Qarabağın dirçəlişi və reinteqrasiyası

Füzuli şəhərinə köçürülən sakinlərə evlərin açarları təqdim olunub

Bununla da şəhərdə 380 ailənin, yəni 1 392 nəfərin daimi məskunlaşması təmin edilib.
Sputnik
BAKI, 18 yanvar — Sputnik. Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsində məcburi köçkünlər üçün salınmış "Qobupark-3"dən Füzuli şəhərinə köçürülən sakinlərin qarşılanma mərasimi olub. Sputnik Azərbaycan xəbər verir ki, mərasimdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları iştirak edib. Yurda qayıdan daha 30 ailəyə (127) açarlar təqdim edilib. Beləliklə, Füzuli şəhərinə köçürülən ailələrin sayı 410-a (1 519 nəfərə-red) çatıb.
Füzulidə daha 30 ailəyə evlərinin açarları təqdim olunub
Xatırladaq ki, 2023-cü ilin 18 dekabrında növbəti köç karvanı Füzuli şəhərinə çatıb. Həmin mərhələdə Füzuli şəhərinə daha 22 ailə - 94 nəfər köçürülüb. Bununla da şəhərdə 380 ailənin, yəni 1 392 nəfərin daimi məskunlaşması təmin edilib.
Qeyd edək ki, yanvarın 12-də Füzuliyə köçürüləcək ailələr arasında növbəti püşkatma keçirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.