BAKI, 18 yanvar — Sputnik. Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının "Xudat" sərhəd dəstəsinin xidməti ərazisində Azərbaycandan Rusiya istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən Pakistan vətəndaşları 1998-ci il təvəllüdlü Vali Noor Xan və 2001-ci il təvəllüdlü Vahab Abdul Tauzeel saxlanılıblar.
Bu barədə DSX-dən məlumat verilib.
Araşdırma əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanılan şəxslərin ölkə ərazisinə rəsmi qaydada gəldikləri, dövlət sərhədini pozaraq qeyri-qanuni yollarla miqrasiya etmək niyyətində olduqları müəyyən edilib.
Fakt üzrə araşdırma tədbirləri davam etdirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.