BAKI, 18 yanvar — Sputnik. Azərbaycan Rusiya Federasiyası ərazisində Ermənistanla sülh müqaviləsi imzalamağa hazırdır, lakin İrəvanın mövqeyi qeyri-müəyyən olaraq qalır.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2023-cü ildə Rusiya diplomatiyasının yekunlarına dair mətbuat konfransında deyib.
"Qərbli həmkarlarımız istəyirlər ki, sülh müqaviləsi yalnız onların ərazisində imzalansın, bu faktdır. Azərbaycan Rusiya ərazisində müqavilə imzalamağa hazırdır. Münaqişənin dayandırılması və bütün məsələlərin həlli üçün bütöv qarşılıqlı fəaliyyət sisteminin qurulması ilə bağlı səylər Rusiyada başlayıb, bu da faktdır. İrəvanın buna nə dərəcədə hazır olduğu mənə məlum deyil, baxmayaraq ki, müvafiq siqnallar Ermənistan paytaxtına çoxdan göndərilib" - Lavrov bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.