Qarabağın dirçəlişi və reinteqrasiyası

ANAMA Füzuliyə köçən 30 ailəyə təlim keçib

Təhlükəsizlik qaydalarına riayət etməyə, diqqətli və məsuliyyətli olmağa dair vətəndaşlara çağırışlar edilib.
Sputnik
BAKI, 18 yanvar — Sputnik. İşğaldan azad edilən Füzuli şəhərinə növbəti mərhələdə köç edən 30 ailəyə Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə təlimi keçirilib.
Bu barədə ANAMA məlumat yayıb.
ANAMA Füzuliyə köçən 30 ailəyə təlim keçib
Bildirilib ki, sakinlərə mina təhlükəsi barədə məlumatlar verilib, əsas təhlükəsizlik mesajlarını əks etdirən müxtəlif növ xəbərdaredici və maarifləndirici çap materialları paylanılıb. Habelə, təhlükəsizlik qaydalarına riayət etməyə, diqqətli və məsuliyyətli olmağa dair vətəndaşlara çağırışlar edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.