SƏHİYYƏ

Ana və uşaq ölümləri ilə bağlı parlamentdə həyəcan təbili çalındı

Əhliman Əmiraslanov bildirib ki, bu statistika MDB məkanı ilə müqayisədə aşağı olsa da, Avropa və dünyanın bəzi ölkələri ilə müqayisədə qaneedici deyil.
Sputnik
BAKI, 18 yanvar — Sputnik. Son illər Azərbaycanda ana və uşaq ölümlərinin sayında azalma olsa da, müvafiq orqan və Milli Məclisin Səhiyyə komitəsinin qarşısında hələ bu istiqamətdə görüləcək çox işlər qalır. Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında komitə sədri Əhliman Əmiraslanov deyib.
Əhliman Əmiraslanov bildirib ki, bu sahədəki rəqəmlər MDB məkanı ilə müqayisədə aşağı olsa da, Avropa və dünyanın bəzi ölkələri ilə müqayisədə qaneedici deyil:
"Buna görə bu sahəyə diqqət artırılmalıdır".
Milli Məclisinin Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Əhliman Əmiraslanov
Qeyd edək ki, son illərin statistikasına görə, Azərbaycanda ana və uşaq ölümlərinin sayı azalıb. 1990-cı illərin əvvəllərində ana və uşaq ölümünün sayı 30 minə çatdığı halda, hazırda bu rəqəm 10-11 min arasındadır.
TƏBİB-in rəsmi açıqlamasına görə, əgər ölkəmizdə 2019-cu ildə ana ölümlərinin sayı 21 min, 1 yaşa qədər ölən uşaqların sayı isə 1557 idisə, 2022-ci ildə bu rəqəm müvafiq olaraq 18 min və 959 olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.