DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Tramp: ABŞ-ı axmaqlar idarə edir

Yanvarın 23-də Nyu-Hempşirdə Respublikaçılar Partiyasından prezidentliyə namizədlik uğrunda mübarizə aparanların ilkin partiyadaxili seçkiləri keçiriləcək.
Sputnik
BAKI, 17 yanvar — Sputnik. ABŞ-ın keçmiş Prezidenti Donald Tramp hazırkı Amerika hakimiyyətini növbəti dəfə tənqid edib.
Bu barədə o, Nyu-Hempşirdə tərəfdarları qarşısında çıxış edərkən danışıb.
Tramp deyib ki, ABŞ-ı axmaqlar idarə edir. Bundan əlavə, o, hazırkı dövlət başçısı Co Baydeni "tarixin ən korrupsiyalaşmış prezidenti" adlandırıb.
"Onunla biz Üçüncü Dünya Müharibəsinə cəlb oluna bilərik", - deyə Tramp bildirib.
O əlavə edib ki, Baydenin vəzifədə çox vaxtı qalmayıb. Ancaq bu müddət ərzində də o, ABŞ-a "böyük zərər verə" bilər.
Xatırladaq ki, yanvarın 23-də Nyu-Hempşirdə Respublikaçılar Partiyasından prezidentliyə namizədlik uğrunda mübarizə aparanların ilkin partiyadaxili seçkiləri keçiriləcək.
Bundan əvvəl Vivek Ramasvami və Arkanzas ştatının qubernatoru Asa Hatçinsonun partiyadaxili səsvermədən geri çəkildiyi bildirilmişdi.