DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İran-Pakistan sərhədində toqquşma olub, 1 silahlı öldürülüb

Bildirilib ki, dünən silahlı qarşıdurma və şiddətli atışma zamanı Bəlucistan sərhədindən terror qruplaşmasının ölkə ərazisinə daxil olmasının qarşısı alınıb.
Sputnik
BAKI, 17 yanvar — Sputnik. Pakistanla sərhəddən İrana daxil olmaq istəyən terrorçularla toqquşma yaşanıb.
Bu barədə "Tasnim" məlumat yayıb.
Bildirilib ki, dünən silahlı qarşıdurma və şiddətli atışma zamanı Bəlucistan sərhədindən terror qruplaşmasının ölkə ərazisinə daxil olmasının qarşısı alınıb.
Qarşıdurmada terror qruplaşmasının üzvlərindən biri öldürülüb, ikisi isə yaralanaraq qaçıb.
Qeyd edək ki, İran ötən gün Pakistan ərazisinə raket zərbələri endirib.