BAKI, 17 yanvar — Sputnik. Növbədənkənar prezident seçkisində "exit poll" keçirmək niyyətində olan təşkilatların akkreditasiya üçün təqdim etdikləri sənədlərin qəbul edilməsi üçün ayrılan müddət sabah başa çatır.
Seçki Məcəlləsinə əsasən, "Azərbaycan Respublikasında seçkilərdə "exit poll" keçirən təşkilatların akkreditasiyası Qaydaları"nın 2.1-ci bəndinə əsasən, Mərkəzi Seçki Komissiyası səsvermə gününə ən azı 20 gün qalanadək "exit poll" keçirmək niyyətində olan təşkilatların akkreditasiya üçün təqdim etdikləri sənədləri qəbul edə bilər.
Növbədənkənar prezident seçkisi ilə əlaqədar bu müddət 2024-cü il yanvarın 18-dək olan dövrü əhatə edir.
Qeyd edək ki, fevralın 6-sı saat 8:00-da təşviqatın aparılması dayandırılacaq.