BAKI, 17 yanvar — Sputnik. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyi əsəcək.
ETSN-in Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumata görə, havanın temperaturu gecə 3-5° isti, gündüz 6-9° isti olacaq. Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gecə bəzi qərb rayonlarında arabir yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 5-10° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 2-7° isti olacaq. Gecə və səhər dağlıq rayonlarda yolların buz bağlayacağı ehtimalı var.
16.01.24, 17:14
Bakıda və Abşeron yarımadasında yanvarın 17-si səhərdən axşamadək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, gündüz yarımadanın bəzi yerlərində arabir 30 -32 m/s-dək güclənəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən xəbərə görə, Azərbaycanın rayonlarında yanvarın 17-də qərb küləyinin 15-20 m/s, bəzi şərq rayonlarında arabir 23-28 m/s-dək güclənəcəyi, havanın 17-si axşam əsasən Gəncə-Qazax, Balakən-Şəki zonalarında qısamüddətli yağıntılı olacağı, qar yağacağı gözlənilir.